İnsanlara hürriyət, millətlərə istiqlal!

Şant Arutyunyan: Keşişin uğur qazanmasını istəyirəm

"Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, arxiyepiskop Baqrat Qalstanyanın təşəbbüsü ilə həyata keçirilən “Vətən naminə” hərəkatının uğur qazanmasını istəyirəm, çünki Nikol satqındır".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın “Şant Alyansı” partiyasının lideri Şant Arutyunyan deyib.

“Xəyanət məsələsində güzəştə gedə bilmərəm, xüsusən də dövlətə aiddirsə. Uğurlu olub-olmamasından asılı olmayaraq, Nikolu aradan qaldırmaq üçün istənilən addımı alqışlayıram.

Belə olan halda hərəkata din xadimi rəhbərlik edəndə bu, siyasi qüvvələr üçün əlverişli ola bilər, çünki heç bir qüvvənin üstünlüyü məsələsi ortaya çıxmır”,-deyə erməni revanşist bildirib.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR