İnsanlara hürriyət, millətlərə istiqlal!

Sankt-Peterburqda üçtərəfli görüş niyə keçirilmədi?-RƏY  

 

Dekabrın 26-da Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Diqqətçəkən məqam Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşünün keçirilməməsidir. Analitiklər düşünürlər ki, Ermənistan Rusiyanın sülh prosesindəki vasitəçiliyinə inanmır. Belə ki, son zamanlar iki ölkə arasında müşahidə olunan gərginlik bunu deməyə əsas verir. Bundan başqa, Sankt-Peterburq görüşündə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ayaqüstü söhbətindən belə qənaətə gəlmək olar ki, sülh danışıqları intensivləşib. 

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Musavat.com-a şərhində bildirdi ki, Sankt-Peterburqda üçtərəfli görüşün keçirilməməsinin əsas səbəbi tərəflərin sülh sazişini imzalamağa, müzakirələri genişləndirməyə hazır olmamasıdır. Politoloq hesab edir ki, diplomatlar səviyyəsində həll olunmalı məsələlər həllini tapmayıb: “İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ayaqüstü söhbəti özü-özlüyündə müsbət atmosfer yaradır. Əsas məsələ diplomatlar səviyyəsində danışıqların intensivləşməsidir. Liderlərin görüşünə hələ ki, ehtiyac yoxdur. Sülh sazişinin bəndləri razılaşdırıldıqdan sonra liderlərə təqdim olunmalıdır”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR