İnsanlara hürriyət, millətlərə istiqlal!

Sandunun iti Avstriyanın Prezidentini dişlədi - VİDEO

Avstriya Prezidenti Aleksandr van der Bellenin Moldovaya səfəri zamanı Şərqi Avropa ölkəsinin lideri Maya Sandunun iti onu dişləyib.

“Report” xəbər verir ki, bu barədə videonu “realitatea.md” işıqlandırıb.

Görüntülərdə Avstriyalı siyasətçinin moldovalı həmkarının köpəyini sığallamaq istəyərkən heyvanın onun əlini dişinə çəkdiyi əks olunub. İnsident ölkə liderlərinin Moldova Prezidentinin Administrasiyasının həyətində gəzərkən baş verib.

Ev heyvanının gözlənilməz aqressiv davranışına baxmayaraq, Sandu iti sakitləşdirə bilib və qonağından üzr istəyib.

“Burada çox insan var”, – Moldovanın dövlət başçısı köpəyinin belə reaksiyasını izah edib.

Avstriya Prezidentinin növbəti mərasimlərdə artıq bintlə sarılmış əllə görüntülənib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR