İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamaxıda 13 yaşlı qız özünü asıb

Şamaxı rayonunda intihar hadisəsi olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində rayonun Kiçik Xınıslı kəndində qeydə alınıb.

Kənd sakini, 2009-ci il təvəllüdlü Zeynəb Əzimzadə yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün uşağın həyatını xilas etmək mümkün olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerindədir. On üç yaşlı qızın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR