İnsanlara hürriyət, millətlərə istiqlal!

Samarada deputat miqrantlara atəş açıb

 

Samarada Kirov rayon şurasının deputatı Sergey Turusin maşınındakı qadın dostunun onlara verilməsini tələb edən miqrantlara avtomobildən atəş açıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Mixail Matveyev öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, deputatın dostu sərxoş miqrantların yerli sakini necə döydüklərinin şahidi olub. Qadın təcili yardım çağırıb, hadisə yerinə polis də gəlib. Matveyev qeyd edir ki, qarışıqlıq yaradanlar saxlanılmayıb. Miqrantlar qadını buraxmamaq qərarına gəliblər, nəticədə o, Turusinə zəng edərək kömək istəyib.

Matveyev yazır: "Dalaşqanlardan şikayət edən "şahidin" getməsi qızışmış "cənublular"a xoş gəlməyib: onlar deputatın avtomobilini mühasirəyə alıblar və şüşələrini sındırmağa və salona bıçaq soxmağa başlayıb, qadını təhvil verməyi tələb ediblər".

Nəticədə Turusin sınmış şüşənin arasından travmatik tapançadan atəş açıb. Yayımlanan kadrlardan görünür ki, polisin növbəti gəlişindən sonra 10 miqrant asayiş keşikçilərini mühasirəyə alaraq nalayiq ifadələr işlədiblər, şahidi və deputatı hədələməyə davam ediblər.

Hadisədə iştirak edən miqrantların hansı ölkənin vətəndaşı olduğu açıqlanmır. Ümumiyyətlə, Rusiyada tüğyan edən antimiqrant hərəkətlərinin fonunda rayon deputatının və onun qadın dostunun ifadələrinin həqiqiliyi və haqlılığı da birmənalı deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR