İnsanlara hürriyət, millətlərə istiqlal!

Sakinlərin alıb köçə bilmədikləri bina sökülür

11 il əvvəl tikintisinə başlanılan sahiblərinə təhvil verilməyən binanın söküntüsünə cəhd edilir. Hadisə Xətai rayonunda Kazımağa Kərimov küçəsində yerləşən 3 mərtəbəli binadan gedir.

Bina sakinlərinin sözlərinə görə, tikinti şirkətinin rəhbəri onlara təhvil vermədiyi binanın qəzalı vəziyyətə düşdüyünü deyir:

"Evimizi çıxarışlı sənədlə almışıq. Rəy verilib ki, bina sökülsün 2 gündü binanı sökmək istəyirlər. Bura 10 ilin binasıdır, qəzalı vəziyyətdə belə deyil. Sadəcə qəsdən kanalizasiyanın suyunu açıb padvala axıdırlar ki, güya qəzalıdır bina. Biz illər ərzində pul ödəmişik, o pulun geri verilməsindən belə söhbət getmir. Artıq şirkət rəhbəri və əməkdaşlar telefonumuzu belə açmır".

İddialara görə, binanın yerləşdiyi ərazi başqa adama satılıb. O da sakinlərin binası olmasın deyib.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verilmədi. Bununla yanaşı Xətai Rayon İcra Hakimiyyətindən də bildirildi ki, problemin onlarla heç bir əlaqəsi yoxdur. FHN-dən isə məsələnin araşdırıldığı qeyd olundu.\\milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Fevral 2025

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR