İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadənin qızları diqqət mərkəzində

 

Şahzadə Endryu və Sara Ferqyusonun qızları, Beatris və Yevgeniya valideynləri ətrafında yaranan qalmaqala görə diqqət mərkəzinə düşüblər.

III Çarlzın yaxın günlərdə Endryunun titul və rütbələrinin ləğvi ilə bağlı prosesi rəsmi şəkildə başladığı bildirilir. Bundan əlavə, kralın qardaşı və keçmiş həyat yoldaşı Kral Lojasını tərk edərək yeni bir iqamətgaha köçmək məcburiyyətində qalıblar.

"Page Six"in məlumatına görə, kral ailəsi üzrə ekspert bu vəziyyətin Endryunun ailəsi, xüsusilə də qızları üçün ciddi nəticələr doğura biləcəyini qeyd edib. Ekspertin sözlərinə görə, şahzadələr Beatris və Yevgeniya titullarından könüllü şəkildə imtina etmək qərarına gələ bilərlər:

"Onlar indiyə qədər məsələni sakit şəkildə, danışıqlar yolu ilə həll etməyə çalışıblar. Ancaq görünür, indi sadəcə geri çəkilib daha sakit bir həyat sürmək istəyə bilərlər".

Digər mənbələr isə bildirir ki, Endryunun bütün kral vəzifələrindən uzaqlaşdırılması zamanı onun əsas tələbi qızlarının təhlükəsizliyi və rifahının qorunması olub. O, dəfələrlə kraldan Beatris və Yevgeniyanın rahat və təhlükəsiz şəraitdə yaşamasını təmin etməsini istəyib. Hərçənd, adlarının indi kral ailəsi ilə bağlı qalmaqalla assosiasiya olunması qaçılmazdır. Bildirilir ki, şahzadələr yaranan vəziyyətə görə bir müddətlik Britaniyanı tərk ediblər./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR