İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Diananın keçmiş köməkçisi: “Kral ailəsi xərclərinə nəzarət etməlidir”

Şahzadə Diananın keçmiş köməkçisi Pol Barrell hesab edir ki, kral ailəsinin üzvləri xərclərinə nəzarət etməsələr, ailənin mövcudluğu təhlükə altına düşə bilər.

Musavat.com xəbər verir ki, bu barədə The New York Post yazır.

“Mən həmişə düşünürdüm ki, onlar ehtiyatlı olmasalar, nəsilləri kəsilə bilər. Onlar pulu necə xərclədiklərini bilməli və vergi ödəyiciləri tərəfindən ödənilən hesablara nə qədər pul gəldiyi ilə bağlı çox diqqətli olmalıdırlar”, - deyə, 1997-ci ildə ölümünə qədər şahzadə Diananın yanında 10 ildən çox işləmiş Barrell dolayısı ilə kral ailəsini qənaətcil olmamaqda, israfa yol verməkdə qınayıb.

“Düşünürəm ki, kral ailəsinin üzvləri pula dəyər verdiklərini və bu gün də aktual olduğunu ictimaiyyətə nümayiş etdirməlidirlər, bu çox vacibdir. Ümid edirəm ki, onlar düzgün, məntiqli məsləhət alacaqlar”, - Şahzadə Diananın keçmiş köməkçisi bildirib.

Bundan əlavə, Barrell bildirib ki, onun fikrincə, monarxiya “hər qəpiyin qədrini bilməlidir”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR