İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahramanyanın köməkçisi: “Bakı ilə heç bir danışıq aparmırıq”


Qarabağ separatçılarının rəhbərlərindən Samvel Şahramanyan rəsmi Bakı ilə heç bir danışıqlar aparmır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə onun köməkçisi Vladimir Qriqoryan məlumat yayıb.

Qriqoryan bununla bağlı Ermənistan parlamentində iddia irəli sürən  qondarma qurumun “Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayanın bəyanatına münasibət bildirib.

“Belə bir danışıqlar olmayıb. Özümüz də maraqlanırıq ki, Samvel Babayan bu məlumatı haradan alıb? Öz şərhlərini də eşitmək istərdik. Əgər belə bir proses olsaydı, müvafiq açıqlama verilərdi. Belə olan halda Şahramanyanın həmyerlilərindən gizlədə biləcəyi heç nə yoxdur”,-deyə o qeyd edib.

Musavat.om

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR