İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahil Babayev Gədəbəydə vətəndaşları qəbul etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gədəbəy rayonunda Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edib.

Musavat.com xəbər verir ki, qəbuldan əvvəl S.Babayev və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşların məşğulluq, əlillik, ünvanlı sosial yardım, mənzil təminatı və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. 

Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. 

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Bir sıra vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb olunmaları üçün qeydiyyata alınıblar. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR