İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahib Alıyev: “Biz artıq hər kəsə göstərə bilmişik ki, sözünə bütöv xalqıq”

Deputat Sahib Alıyev parlamentdəki çıxışına Dünya Azərbaycanlılarının Həmrəyli Günü və qarşıdan gələn Yeni illə bağlı təbriklərlə başladı. Həmçinin şəhid doğmalarına, qazilərimizə, vətənin keşiyində duran igidlərimizə, Laçın yolunda Azərbaycan təəssübü çəkən vətəndaş cəmiyyəti təmsilçilərimizə ünvanlı bayram təbriklərini söylədi.

Deputat qeyd etdi ki, Azərbaycan heç zaman indiki qədər güclü olmadığı kimi dünya azərbaycanlılar arasında həmrəylik də belə yüksək səviyyədə hiss edilməyib: “Bu gün azərbaycanlılar ilk növbədə onda həmrəydilər ki, torpağımızın hər qarşı üzərində dövlətimizin suverenliyi təmin edilməlidir və hamımız bu yolda Müzəffər Ali Baş Komandanımızın əsgərləriyik. Biz 50 miyonluq xalq olaraq bir məsələdə də həmrəyik ki, Arazın o tayındakı soydaşlarımızın azadlıq və təhlükəsizlikəri təmin edilməli, öz dillərində təhsil almaq haqları, adət-ənənələrinə uyğun həyat tərzi seçimləri tanınmalı, dinsiz rejim onlara qarşı diskriminasiyaya son qoymalı, qətl və həbsləri dayandırmalıdır. Təbrizin, Ərdəbilin, Urmunun, Xoyun və digər yurd yerlərimizin küçələrində Azərbaycanın dövlət başçsının “Cənab Prezident biz Sizinləyik” sözlərinin yazıdığı portretlərinin asılması, onu göstərir ki, bütün və bütöv azərbaycanlıların bir lideri var, o da cənab İlham Əliyevdir. Yəni bizi sərhədlər ayıra bilər, coğrafiya kimi hələ bütöv deyiliksə də, xalq, millət olaraq bütövük. Ən uca və ən sarsılmaz birlik, bütövlük də elə budur”.

S.Alıyev bildirdi ki, harada yaşamandan asılı olmayaraq hansı genin daşıyıcısısan, kimin soyundansan, bunu bilmək və dəyərləndirməkdir bütövlük: “Biz artıq hər kəsə göstərə bilmişik ki, belə demək mümkünsə, özünə və sözünə bütöv xalqıq. Və bu xalqın lideri deyirsə ki, Arazın o tayındakı soydaşlarımız öz dillərində təhsil almalıdır, deməli alacaqlar, əgər o bildirirsə ki, biz Qərbi Azərbaycandakı yurd yerlərimizə dönəcəyik, mütləq o gün gələcək. Bunda da 50 miyon olaraq hamımız həmrəyik. Araz şahiddir ki, həmrəyik Çünki bizm ordumuz bu taydakı torpaqlarımızı düşməndən təmziləyəndə o taydakı soydaşarımızın sevinc göz yasalarını görən çaydır Araz. Məhz artıq onda anlmayanalar da anladı ki, 50 milyon olaraq bu xalq bütövdür və qarşısında kimsə duruş gətirə bilməz. Ona görə də Yelisey sarayının tapşırığıyla Fransa Parlamentindəki bəzi komitə və fraksiya sədlrərinin, partiya liderlərinin dövlət başçılarını Qarabağın Azərbaycandan qoparılmasıyla bağlı hərəkətə keçməyə səsləmələri bizdə sadəcə açı gülüş doğurur. Faransadakılar Axundovu bilmirəm oxuyblar ya yox, öz hərəkətləri ilə Şəhrabanu xanımla dərviş Məstəli şahı xatırladırlar. Sadəcə bu dəfə Parisdəkilər Qarabağa qarşı plan qururlar. Amma yenə da dağılan Paris olacaq, necə ki dağılır da”.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR