Onlayn ictimai-siyasi qəzet
Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.
Musavat.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verib.
Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qırğız Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
***
Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Musavat.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.
***
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yola düşüb.
Bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Onu 11 nazirdən ibarət nümayəndə heyəti müşayiət edir.
Bildirilib ki, aprelin 24-25-də baş tutacaq səfər çərçivəsində Sadır Japarov Prezident İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər.
Bundan başqa, Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi planlaşdırılır. Bundan sonra ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlər imzalanacaq.
Azərbaycan və Qırğızıstan liderləri Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində də iştirak edəcəklər. (Report)
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ