İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabirabad rayon Axısxa kənd tam orta məktəbində hər an faciə yaşana bilər - FOTOLAR

Sabirabad rayon Axısxa kənd tam orta məktəbinin dağılan divarları "skoçla" təmir olunub. Məktəb binası artıq tamamilə dağılmaq üzrədir.

Musavat.com xəbər verir ki, valideynlər bildirir ki, divarlar artıq tamamilə aralandığı üçün bir gün şagirdlər dərsdə olanda onların betonların altında qalmasından qorxurlar.

Onların sözlərinə görə, məktəbdə həmçinin istilik sistemi olmadığı üçün valideynlər öz imkanları ilə odun peçi quraşdırıblar.

Qeyd edək ki, məsələ ilə bağlı Sabirabad rayon icra hakimiyyətinə müraciət edilsə də, dövlət qurumu müraciətə illərdir baxmaqdan boyun qaçırır.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR