İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Abdullayev işdən çıxarıldı: "Qanun mənə qarşı çıxdı..."

Xanəndə Sabir Abdullayevin müəllimlik fəaliyyətinə son verilib.

Musavat.com Qaynarinfo-ya istinadən xəbər verir ki, sənətçi təqaüdə göndərilib.

"Qanun hamı üçün ali olmalıdır. Mən də işlədiyim zamanda qanuna hörmətlə yanaşdım, ona hörmət etdim. Deyəsən, qanun da bəzi insanlar kimi etibarsız olurmuş. Nəticədə qanun mənə qarşı çıxdı, pedaqoji fəaliyyətimdən uzaqlaşdırdı", - deyə xanəndə bildirib.

Qeyd edək ki, Sabir Abdullayev uzun illər Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində, uşaq musiqi məktəblərində muğamları tədris edib. O, son olaraq Bakıdakı 11 saylı musiqi məktəbində çalışırdı. Bu ilin 15 aprelində sənətçinin 66 yaşı tamam olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR