İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq baş nazir öz istəyi ilə həyatına SON QOYDU

Niderlandın keçmiş baş naziri 93 yaşlı Dris Van Aqt və həyat yoldaşı Yevgeniya Aqt evtanaziya yolu ilə həyatlarına son qoyublar.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, 1977-1982-ci illərdə baş nazir olmuş Dris Van Aqt həyat yoldaşı ilə 70 il evli olub.

Cütlüyün ölüm xəbərini sabiq baş nazir tərəfindən qurulan "Haqqlar Forumu" yayıb.

Bildirilib ki, evtanaziya fevralın 5-də həyata keçirilib.

Qeyd edək ki, evtanaziya (Sağalmaz xəstəlikdən əziyyət çəkənlərin öz istəkləri ilə həyatına son qoyulması) 2002-ci ildən tətbiq edilir. Son zamanlar Niderlandda birlikdə həyatlarına son qoymağı seçən cütlüklərin sayında artım müşahidə olunur. Belə ki, ölkədə evtanaziya üçün müraciət edən cütlüklərin sayı 2020-ci ildə 26 olduğu halda, 2021-ci ildə 32, 2022-ci ildə isə 58-ə yüksəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR