İnsanlara hürriyət, millətlərə istiqlal!

Saatlıda qanunsuz ov edən 3 nəfər saxlanılıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Orta Muğan kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri – Pərviz Astanov, Emin Əliyev və Əhliman Əliyev olduqları müəyyən edilib.

Həmin şəxslərdən 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 11 ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin təhqiqat bölməsində araşdırmalar aparılır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR