İnsanlara hürriyət, millətlərə istiqlal!

"Saakaşvili hər an ölə bilər" - Britaniya mətbuatı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölüm ayağında olduğunu deyib.

Musavat.com xəbər verir ki, keçmiş prezident bu barədə  Britaniyanın “Sky News” telekanalının suallarını cavablandırarkən bildirib.

O, elekanalın suallarını öz vəkili vasitəsilə yazılı şəkildə cavablandırıb.

Saakaşvili bildirib ki, 120 kiloqram çəkidən 64 kiloqrama düşüb: "Həkimlər çoxlu orqan çatışmazlığımın olduğunu deyirlər. Mən daim yataqdayam, sümüklərim parçalanır. Bütün bunlar dözülməz ağrıların fonunda baş verir. Ölüm ayağındayam”.

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR