İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüşvətə görə tutulan general HƏBSDƏ ÖLDÜ

Federal Təhlükəsizlik Xidmətinin generalı Gennadi Lopırev həbsxanada dünyasını dəyişib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, ölümündən bir qədər əvvəl o, halsızlıqdan şikayət edib. G. Lopırev xəstəxanaya çatdırılsa da, orada ölüb.

Xatırladaq ki, 2017-ci ildə Lopırev ümumilikdə 7 milyon rubla (təxminən 122 min 500 manat) yaxın rüşvət almaqda, habelə qanunsuz silah alveri üzrə iki epizodda təqsirli bilinib. O, günahını etiraf etməkdən imtina edib. O, 150 milyon rubl (təxminən 2 milyon 625 manat) cərimə ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

4b665326dd69c07fc50826c9410d4f7c_1692191977.jpg (26 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR