İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların Türkiyəni kütləvi şəkildə tərk etməsinin SƏBƏBİ AÇIQLANDI

Ruslar Türkiyəni kütləvi şəkildə tərk edirlər.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, təkcə Antalyada son bir ildə əcnəbilərin sayı 40 min nəfər azalıb.

Bu, kirayə və mənzil qiymətlərinin artmasından sonra baş verib. Antalyada mənzil və kirayə qiymətlərindəki artımın qarşısını almaq üçün 10 məhəllədə əcnəbilərin yaşayış icazəsi dayandırılıb.

Vəziyyətə Türkiyənin miqrasiya xidmətinin qaydaları sərtləşdirməsi də təsir edib.

"Yaşayış icazələrinin uzadılmaması, yeni gələnlərə icazə verilməməsi, yüksək mənzil və kirayə qiymətləri səbəbindən Antalyadan Dubaya və Serbiyaya intensiv köç var", - deyə məlumatda bildirilir.

Məlumata görə, bu miqrasiya Antalyada mənzil və kirayə qiymətlərinin təxminən 15-25 faiz azalmasına səbəb olub.

Qeyd edək ki, MDB ölkələri vətəndaşlarının ən çox üstünlük verdiyi istirahət məkanı olan Antalyada xeyli rus və ukraynalı yaşayır.

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra iki ölkədən intensiv miqrasiya müşahidə olunur. Belə ki, 2020-ci ildə 94 min əcnəbinin yaşadığı Antalyada bu rəqəm 2021-ci ildə 136 min 946, 2022-ci ildə isə 172 min 487 nəfərə yüksəlib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR