İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar kütləvi şəkildə Qırğızıstan vətəndaşlığı alır

Rusiya vətəndaşları kütləvi şəkildə Qırğızıstan vətəndaşlığı üçün bu ölkənin müvafiq strukturuna müraciət edirlər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə keçmiş moskvalı maliyyəçi, bloger Mixail Juxovitski bildirib. O, qeyd edib ki, onun bir çox dostları Qırğızıstan vətəndaşlığı alıb, bəziləri isə yalnız sənədlər təqdim ediblər.

Juxovitski yazıb: “13 dostum Qırğızıstan vətəndaşı oldu. Avqustun 15-də prezident administrasiyası vətəndaşlıq haqqında fərman imzalamışdı. Sonra bir neçə gün bürokratik gecikmələr oldu. Bu gün oğlanlar sevindilər. Hər bir bu cür sərəncam sevincli hadisədir”.

Juxovitski daha əvvəl də yazmışdı ki, “bir həftə ərzində Qırğızıstana 10 nəfər gəlib, hamısı pasport almaq üçün müraciət edib”.

Eyni zamanda o, əlavə edib ki, Qırğızıstan hakimiyyəti Rusiyadan gələn yeni vətəndaşlarla bağlı məlumatları gizlədir.

“ABŞ və Aİ tərəfindən maliyyələşdirilən nəşrlərin yerli jurnalistlərinin marazmına görə belə sərəncamlar gizlədilir. İctimaiyyətə təqdim edilən son vətəndaşlıq sərəncamı 31 dekabr 2022-ci ildə olub", - əvvəllər insanlara Qırğızıstan Respublikasının vətəndaşlığını almaqda kömək etdiyini etiraf edən bloqer yazıb.

Onun fikrincə, Qırğızıstan hakimiyyəti dəyişikliklər edəcək, bunun sayəsində pasport almaq ehtimalı faktiki olaraq sıfıra enəcək.

“Pasport proqramlarının bağlanması və ya çətinləşdirilməsi normadır. Qırğızıstan da daxil olmaqla altı pasportu olan şəxs kimi deyim ki, bütün ölkələrdə həmişə belə olub: proqram açılıb, adam axını olub. Sonra fürsət pəncərəsi bağlanıb. İndi rusların ikinci pasport alması üçün ən ucuz, ən real fürsət Türkiyədir”, - Mixail Juxovitski yekunlaşdırıb.

24.kg yazır ki, 2023-cü il avqustun 18-də prezident vətəndaşlığa qəbul haqqında fərman imzalayıb. Amma Qırğızıstan vətəndaşlığını qəbul edən və ondan çıxan şəxslərin siyahısı açıqlanmır.

Bu yaxınlarda məlum olub ki, prezident administrasiyası Qırğızıstan Respublikasının vətəndaşlığını qəbul edənlər haqqında fərmanları məxfiləşdirib. Bundan əvvəl “The Moscow Times” martın 25-də Rusiyanın tanınmış siyasətçiləri və iş adamlarının Qırğızıstan vətəndaşlığı aldığını yazıb. Nəşrdə prezidentin 26 dekabr 2022-ci il tarixli 359 nömrəli sərəncamına istinad edilib. Rezonansa səbəb olan bu xəbərin dərcindən sonra Qırğızıstan Respublikasının hakimiyyət orqanları məlumatların məxfiləşdirilməsinə qərar verib.

Rusların Qırğızıstan vətəndaşlığı almasının əsas səbəbi kimi Rusiya-Ukrayna müharibəsi göstərilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR