İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar azərbaycanlı iş adamının obyektini darmadağın etdilər - VİDEO

Dünən axşam saatlarında Rusiya ordusunun Odessaya etdiyi dron hücumlarından sonra Kiyevski rayonunda yanğınlar baş verib.

Bu barədə Musavat.com-a Odessada yaşayan jurnalist-diaspor fəalı Anar Natiqoğlu məlumat verib.

O bildirib ki, bombardman nəticəsində həmyerlimiz, iş adamı Şamil Quliyevə məxsus "Qulivar" ticarət mərkəzi tamamilə yanaraq sıradan çıxıb, mərkəzə ciddi şəkildə maddi ziyan dəyib.

"Lakin yanğının Şamil Quliyevin rəhbəri olduğu "Dopomoqa" xeyriyyə fondunun binasına çatmasına imkan verilməyib. Ticarət mərkəzi darmadağın olsa da, xeyriyyə fondunun binası zərər görməyib", - Anar Natiqoğlu əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

15 May 2025

BÜTÜN XƏBƏRLƏR