Onlayn ictimai-siyasi qəzet
ABŞ Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım gələrsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən çəkinməyəcək.
Musavat.com “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent açıqlayıb.
“O, qeyd edib ki, hazırkı administrasiya mövcud sanksiyaları qüvvədə saxlayır və əgər bu addım sülh danışıqlarına müsbət təsir göstərəcəksə, əlavə məhdudiyyətlərin tətbiqinə tərəddüd etməyəcək. Bessent vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə sanksiyalar maksimal təsir göstərəcək şəkildə açıq və qətiyyətlə həyata keçiriləcək.”
Onun sözlərinə görə, ABŞ məhdudlaşdırıcı tədbirlərin nəzərdə tutulan nəticələrə çatmasını təmin etmək üçün tətbiq olunan sanksiyaları diqqətlə izləyəcək.
09 Mart 2025
08 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ