Onlayn ictimai-siyasi qəzet
Kazan, Kirov, Saratov və Ulyanovsk hava limanlarında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. “Rosaviasiya” məlumat yayıb.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün səhər tezdən Kazan, Kirov, Saratov, Ulyanovsk hava limanlarında təyyarələrin giriş-çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steven Vitkoff Rusiyaya səfər edib. Onun təyyarəsi Moskvanın Vnukovo hava limanına eniş edib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ səfiri Lin Treysi ilə xaricdəki diplomatik nümayəndəliklərin işi ilə bağlı planlaşdırılmış görüş keçirib. TASS-a Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Ryabkov ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib. Görüş xaricdəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyətinə həsr olunub", - deyə diplomat qeyd edib.
Bakıdakı “Rus Evi” isə fəaliyyətini dayandırmaq üçün tədbirlər görür. Bu barədə Bakıdakı “Rus Evi” açıqlama yayıb. Açıqlamada deyilir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq, “Rossotrudniçestvo”nun nümayəndəliyi – Bakıdakı “Rus Evi” öz fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Qədir Aslanla Bakı-Moskva, Vaşinqton-Moskva gündəliyini müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ