İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın irəliləyişi dayanıb: qışın və dronların təsiri ilə itkilər artır

Rusiyanın Ukraynadakı hücum əməliyyatları son vaxtlar sürətini itirib.

Musavat.com xəbər verir ki, "The Wall Street Journal" (WSJ) nəşrinin məlumatına görə, bunun əsas səbəblərindən biri qış mövsümüdür. Yarpaqsız qalan meşələr piyadanın asanlıqla aşkar edilməsinə və dronlar vasitəsilə hədəfə çevrilməsinə şərait yaradır.

Bundan əlavə, nəşr yazır ki, Rusiya ordusu ciddi itkilər verərək tükənmə mərhələsinə yaxınlaşır. Ukrayna da canlı qüvvə çatışmazlığı ilə üzləşsə də, dronlardan geniş istifadə edərək bu boşluğu kompensasiya etməyə çalışır.

WSJ qeyd edir ki, bu taktika nəticə verir – 2024-cü ilin son beş ayı ərzində Rusiya qüvvələrinin gündəlik itkiləri davamlı şəkildə artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR