İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Aya kosmik gəmi endirmək cəhdi niyə uğursuz olub? – “Röyter”in şərhi

Xəbər verildiyi kimi, avqustun 20-də Rusiyanın “Luna-25” avtomatik stansiyası Ayın səthi ilə toqquşub.

Beləliklə, Rusiyanın 47 ildən sonra Aya ilk uçuşu uğursuzluqla başa çatıb. Bildirilir ki, “Luna 25” kosmik gəmisi eniş üçün hazırlıq zamanı yaranan problemlərə görə idarəetməni itirərək Aya çırpılıb.

Rusiyanın dövlət kosmik korporasiyası “Roskosmos” bildirib ki, planlaşdırılmış enişdən əvvəl kosmik gəmini orbitə çıxararkən yaranan texniki problemlər səbəbindən şənbə günü saat 11:57-də kosmik gəmi ilə əlaqə kəsilib. Yumşaq eniş bazar ertəsinə planlaşdırılırmış.

“Aparat gözlənilməz orbitə çıxıb və Ayın səthi ilə toqquşma nəticəsində fəaliyyətini dayandırıb”, - “Roskosmos”un bəyanatında deyilir.

“Röyter” agentliyinin şərhində bildirilir ki, misiyanın uğursuzluğu Rusiyanın “soyuq müharibə” dövründə ABŞ-la rəqabət apardığı günlərdən bəri kosmik təsirinin azaldığını göstərir. “1957-ci ildə “Sputnik-1” peykini ilk dəfə Yer orbitinə çıxaran Moskva, 1961-ci ildə isə sovet kosmonavtı Yuri Qaqarin kosmosa çıxan ilk insan olub”, - agentliyin şərhində qeyd olunur.

Bildirilir ki, indi Rusiya “Çandrayaan-3” kosmik gəmisini Ayın cənub qütbünə endirməyi planlaşdıran Hindistanla, həmçinin Ayı araşdırmaq üçün ciddi planları olan Çin və ABŞ ilə rəqabət aparır.

Agentlik qeyd edir ki, mövcud vəziyyət həm də iki mühüm problemlə üzləşən Rusiyanın iqtisadi çətinlikləri ilə bağlıdır: “Qərbin sanksiyaları və II dünya müharibəsindən sonra Avropa qitəsində ən böyük müharibəyə girmək. Bu amillər 2 trilyon dollarlıq iqtisadiyyata ciddi təsir göstərir.

“Amerikanın səsi” radiosunun qeydlərinə görə, “Roskosmos”un uğursuz Ay debütü və Hindistanın üçüncü Ay missiyası Yerin təbii peykinin tədqiqi üçün dünyada hazırlanan çoxsaylı layihələrdən yalnız bəziləridir. Bunlardan ən böyüyü ABŞ-ın “Artemis” proqramıdır və proqramın növbəti buraxılışı çərçivəsində dörd astronavtın 2024-cü ildə Ay ətrafında uçması gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR