Onlayn ictimai-siyasi qəzet
İLK YAYIM SAATI - 13:20
ABŞ-ın nüfuzlu “Politico” nəşri qeyd edib ki, məhz Mərkəzi Bank rəhbəri Elvira Nabiullunanın zəkası sayəsində Qərbin Rusiya iqtisadiyyatını əzmək cəhdləri uğursuzluqla nəticələnib
Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanın şəxsi təhlükəsizliyi 2022-ci ilin fevral ayının sonundan gücləndirilib.
Musavat.com xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb. Nəşr Rusiya Mərkəzi Bankının rəhbərini “təvazökar davranışı ilə zəka və iddialılığı gizlədən” texnokrat adlandırıb.
“The Economist” Mərkəzi Bank rəhbərinin keçmiş həmkarlarına istinadən iddia edir ki, onu tez-tez “Polad Elvira” adlandırırlar.
Məqalədə deyilir: "Hətta güclü kişilərin onun kabinetinə girməkdən çəkindiyi hallar olub". Qərb nəşri Nabiullinanın keyfiyyətlərini “cəsarət və intellektual sərtliyin birləşməsi” kimi vurğulayır. “The Economist”in məqaləsində iddia edilir ki, Rusiya Mərkəzi Bankının hazırkı rəhbəri Rusiyanın maliyyə və iqtisadi siyasətində köklü islahatlar aparmaqda qərarlıdır.
Məqalədə Nabiullinanın məqsədi ucuz kreditlər əldə etmək istəyən oliqarxlarla qarşıdurmasından da bəhs edilir.
Ötən ilin noyabrında Rusiya Mərkəzi Bankının rəhbəri “Politico” nəşri ilin sanksiyaların “baş dağıdıcısı” seçib. Məlumata görə, Mərkəzi Bankın rəhbəri bu “titulu” “Rusiya iqtisadiyyatının gücləndirilməsinə verdiyi töhfəyə görə” alıb.
ABŞ-ın nüfuzlu “Politico” nəşri qeyd edib ki, məhz Nabiullinanın səyləri sayəsində kollektiv Qərbin Rusiya iqtisadiyyatını əzmək cəhdləri uğursuzluqla nəticələnib. Nəşr yazır ki, Mərkəzi Bankın rəhbəri 10 illik fəaliyyəti ərzində “rublu dəfələrlə xilas edən sərt pul siyasəti aparıb”. Nabiullinanın başqa bir xidməti “Qərbin görünməmiş sanksiyalarının nəticələrinin qarşısını alması” adlanır.
Musavat.com xəbər verir ki, Elvira Sakipzadovna Nabiullina 29 oktyabr 1963-cü ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində tatar ailəsində anadan olub. Mərkəzi Bankın gələcək rəhbərinin atası avtobazada sürücü, anası Züleyxa isə zavodda operator işləyib. İddialara görə, məktəbi qızıl medalla qurtarmaq istəyir, tatarlara verilən kvotalara görə(onlara az medal verirmişlər) alınmayıb.
Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elvira aspiranturaya daxil olub və kafedranın müəllimi, iki uşaq atası Kuzminovla ailə həyatı qurub. Nabiullina rus liberallarının gələcək “yol göstərən ulduzu” Yevgeni Yasinin aspirantı olmaqla parlaq gələcəyini təmin edib. Yasinlə yaxın münasibət (o cümlədən, ona çox yaxın olan əri vasitəsilə) ona 1991-ci ildə SSRİ Elmi-Sənaye İnsitutunun işçisi olub. 1994-cü ildə Yasin onu özünün yaratdığı Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Ekspert İnstitutuna apardı, oradan Elvira Yasinin nazir təyin edildiyi Rusiya İqtisadiyyat Nazirliyinə keçdi. 1997-ci ildə nazir müavini oldu, lakin bir il sonrakı defoltdan sonra dövlət qulluğundan qovuldu.
Elvira Sakipzadovnanın “ulduzu” nun parlaması 1999-cu ilin sonlarına təsadüf edir. Bəzi mənbələrə görə, o, himayədarı Yasinin təklifi ilə German Qrefin yaratdığı Strateji Araşdırmalar Mərkəzində onun müavini olub. German Qref iqtisadi inkişaf və ticarət naziri təyin olunanda Nabiullina onun birinci müavini təyin edildi. 2007-ci ildə German Qref “Sberbank” a rəhbər gələndə onun yerinə keçdi. 2012-ci ilin may ayında Vladimir Putin onu köməkçisi təyin etdi. 2013-cü ilin yazında isə Rusiya Mərkəzi Bankına rəhbərlik edir...
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ