İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı deputat xaricdə müəmmalı şəkildə öldü- İki gün əvvəl də yol yoldaşı ölü tapılmışdı (FOTO)

Rusiyalı deputat Pavel Antov Hindistanda tətildə olarkən dünyasını dəyişib.

Azpost.info xəbər verir ki, deputatın ölümü barədə əvvəlcə yerli NDTV kanalı məlumat yayıb. Daha sonra “Vahid Rusiya” fraksiyasının rəhbəri Vyaçeslav Kartuxin məlumatı təsdiqləyib.

Məlumata görə, Pavel Antov Odişa ştatının Rayaqada rayonundakı mehmanxananın üçüncü mərtəbəsindən yıxılaraq həyatını itirib. İki gün əvvəl həmin mehmanxanada daha bir faciəvi hadisə yaşanmışdı. Səfərdə deputatın yol yoldaşı olan şəxs eyni oteldə ölü tapılmışdı. Jurnalistlər bu şəxsin adını açıqlamırlar.

Deputatın 65 yaşı var idi. O, həm də xeyriyyəçi və ictimai xadim idi. Antov 2000-ci ildə “Vladimirskiy Standart” şirkətini təsis etmişdi. Müəssisə regionun ən uğurlu ət və kolbasa məhsulları istehsalçılarından idi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR