İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı deputat Putindən müharibəni dayandırmağı tələb etdi – Ərəstun Oruclu ilə “Canlı debat”

Rusiyanın Primorsk diyarının Qanunvericilik Məclisinin bir qrup deputatı Ukraynadakı hərbi əməliyyatların dərhal dayandırılması tələbi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Rusiyanın Kommunist Partiyasından olan dörd deputatın müraciətini regional parlamentin iclasında deputat Leonid Vasyukeviç səsləndirib.İclasın moderatoru deputata mane olmağa çalışsa da, Leonid Vasyukeviç tələbini səsləndirə bilib.

L.Vasyukeviçin sözlərinə görə, region hökuməti Ukraynada həyatını itirən və yaralanan hərbçilərin ailələrinə dəstək üçün bir sıra tədbirlər həyata keçirib: “Bununla belə, Rusiya ordusu əhəmiyyətli itkilər fonunda hərbi uğur qazana bilməyəcək. Biz başa düşürük ki, ölkəmiz hərbi əməliyyatı dayandırmasa, ölkəmizdə yetim qalan uşaqların sayı daha da çox olacaq. Hərbi əməliyyatlar zamanı ölkəmizə böyük fayda verə biləcək gənclər əlil olur, ölürlər”.

Bu və gündəmdəki bir çox məsələləri Şərq Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR