Onlayn ictimai-siyasi qəzet
Moskva rəsmi İrəvanın KTMT platformasının regional təhlükəsizliyin təmin edilməsi məsələlərində əməkdaşlıq üçün hər cür imkanlar yaratdığını anlayacağını gözləyir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın KTMT-nin bu ilin iyun ayının 21-də Almatıda keçiriləcək Xarici İşlər Şurasının iclasında iştirak etməməsinə bu sözlərlə reaksiya verib.
“Biz gözləyirik ki, erməni tərəfdaşlarımız , regional təhlükəsizliyin təmin edilməsinin ən effektiv metodunun regional dövlətlər arasında əməkdaşlıq olduğunu və KTMT platformasının bunun üçün hər cür imkan yaratdığını başa düşəcəklər”,-deyə Qaluzin qeyd edib.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ