Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Ermənistana gələn turistlərin sayı 21,6% azalıb.
Musavat.com Rusiya mediasında istinadla xəbər verir ki, bunu ölkənin maliyyə naziri Vahe Hovhannisyan parlamentdə çıxış edərkən deyib.
“Yanvar-sentyabr aylarında ölkəmizə gələn turistlərin sayı 6,9% azalıb ki, bu da əsasən Rusiyadan gələn turistlərin sayının 21,6% azalması ilə bağlıdır”, - deyə o bildirib.
Nazir əlavə edib ki, Gürcüstan, Hindistan, İran və Çindən turist axını 8,4% artıb.
Hovannisyan rusiyalı turisstlərin Ermənistana axınının azalmasına nəyin səbəb olduğunu açıqlamayıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ