Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasına azyaşlı əcnəbilərin qanuni nümayəndələri olmadan ölkəyə daxil olmasını qadağan edən qanun layihəsi təqdim edilib.
Musavat.com xəbər verir ki, layihənin müəllifləri deputatlar Nina Ostanina və parlamentin əmək komitəsinin rəhbəri Yaroslav Nilovdur.
Sənəd Dumanın elektron məlumat bazasında yerləşdirilib.
Təklifə əsasən, yetkinlik yaşına çatmayan əcnəbilər yalnız qanuni nümayəndələrinin və ya notarial təsdiq edilmiş etibarnaməyə malik digər yetkin şəxslərin müşayiəti ilə Rusiyaya daxil ola biləcəklər.
Həmçinin ölkəyə giriş yalnız təhsil, müalicə və ya müvəqqəti qalma, idman yarışları, olimpiadalar və turist səfərləri üçün mümkün olacaq.
Layihədə qeyd olunur ki, əgər Rusiyada azyaşlının başqa qanuni nümayəndəsi yoxdursa, o, müşayiət edən yetkin şəxs ilə birlikdə deportasiya edilə bilər.
Qanun layihəsinin izahatında bildirilir ki, hazırda azyaşlılar qanuni nümayəndələrinin notarial təsdiqlənmiş razılığı olmadan da Rusiyaya gedə bilirlər. Deputatlar isə vurğulayırlar ki, bəzi hallarda yeniyetmələr formal olaraq təhsil məqsədi ilə Rusiyaya gəlir, əslində isə iş üçün qalırlar.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır.
Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.
21 Avqust 2025
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ