Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının deputatları “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər hazırlayıblar.
Musavat.com "REN TV"yə istinadən xəbər verir ki, sənəd Rusiya parlamentinin aşağı palatasının saytında dərc olunub.
Məlumata görə, layihə Rusiya vətəndaşlığını almış kişilər üçün hərbi xidmətə çağırış yaşının 50 yaşa qədər artırılmasını təklif edir.
Bildirilib ki, bir çox miqrantlar xüsusi olaraq maksimum hərbi xidmətə çağırış yaşına qədər gözləyir və yalnız bundan sonra Rusiya vətəndaşlığını alırlar.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr ayları arasında 318 mindən çox əcnəbi Rusiya vətəndaşlığını qəbul edib. Hazırda Rusiya Federasiyasında 18 yaşdan 30 yaşa qədər olan vətəndaşlar hərbi xidmətə çağırılır.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ