İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada miqrantlarla bağlı yeni qanun - Bu məhdudiyyət tətbiq olunacaq

Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün SİM kartların sayına məhdudiyyətlər tətbiq edən qanun layihəsi hazırlayır.

Bu barədə senator Artem Şeykin danışıb.

O, vətəndaşlar və hüquqi şəxslər üçün SİM kartların sayı məsələsi ilə bağlı idarəyə məktub göndərib. Cavabda qeyd ediblər ki, xarici vətəndaşlar üçün SİM kartların sayının məhdudlaşdırılması məsələsinə də baxılır.

Əvvəllər nazirlik və qanunvericilər ruslar üçün SİM kartların sayının 100-ə qədər məhdudlaşdırılması təşəbbüsü ilə çıxış etmişdilər.

SİM kartların sayının məhdudlaşdırılması təşəbbüsünün fırıldaqçılara qarşı mübarizə ilə bağlı olduğu bildirilir.

Xatırladaq ki, əcnəbi vətəndaşlar, o cümlədən əmək miqrantları və ya vətəndaşlığı olmayan şəxslər Rusiya telekommunikasiya operatorlarından SİM kartları yalnız biometrik məlumatlardan istifadə etməklə ala bilərlər. Həmçinin onlar kartları Dövlət Xidmətləri portalında qeydiyyatdan keçərək və rabitə mağazalarında şəxsən əldə edə biləcəklər.//Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR