İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Qarabağdakı gərginlikdən narahatdır-Peskov  

“Moskva Qarabağda davam edən gərginlikdən narahatdır, Bakı və İrəvanla təmaslarını davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır”.

Musavat.com
Tass-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu jurnalistlərə açıqlamasında bildirib.

“Təbii ki, bəzi sahələrdə gərginliyin səngiməməsindən və hətta artmağa meylli olmasından narahatıq. Hər şeyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Biz həm İrəvan, həm də Bakı ilə əlaqələrimizi davam etdiririk. Və təbii ki, biz hər iki tərəfi təmkin göstərməyə və iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq. Təbii ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq”, -Peskov Qarabağda artan gərginliklə bağlı Moskvanın mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR