İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya Kiyevin şərtləri ilə danışıqlar aparmayacaq”– Lavrovun müavini

“Rusiya Ukrayna ilə danışıqları rədd etmir, lakin Kiyevin şərtləri ilə danışıqlar aparmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, hər şey yalnız Kiyevin və onun Qərb kuratorlarının böhranın həqiqi siyasi-diplomatik həllinə hazır olmasından asılıdır.

“Kiyev rejiminin qərarlarının və hərəkətlərinin tam qeyri-adekvatlığı göz qabağındadır. Rusiya danışıqları və münaqişənin siyasi həlli variantını rədd etməsə də, Ukrayna rəhbərliyinin irəli sürdüyü şərtlər barədə danışmaq fikrində deyil”, – Qaluzin deyib.

Nazir müavini Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi sülh planını qəbuledilməz adlandırıb. Onun fikrincə, Ukrayna liderinin Rusiya qoşunlarını Milad bayramına qədər Ukrayna ərazisindən çıxarmaq təklifi absurddur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR