Onlayn ictimai-siyasi qəzet
Ukraynada hava həyəcanı siqnalı verildi – Kiyevdə dron təhlükəsi, partlayış səsləri və hava hücumundan müdafiə sisteminin işə düşməsi
Musavat.com Ukrayna mediasına istinadla bildirir ki, bu dəqiqələrdə Kiyev, Kiyev vilayəti və daha 9 bölgədə hava həyəcanı siqnalı elan edilib. Ukrayna rəsmiləri təhlükə ilə bağlı əhaliyə xəbərdarlıq edərək sığınacaqlara keçməyi tövsiyə ediblər.
Kiyev Hərbi Administrasiyasının rəhbəri bildirib ki, paytaxtda hava həyəcanı siqnalının səbəbi düşmən dronlarının tətbiqi təhlükəsidir.
Son məlumata görə, Kiyevdə partlayış səsləri eşidilir. Şəhərdə hava hücumundan müdafiə (PPO) sistemləri aktivləşdirilib, düşmən dronlarının vurulmasına çalışılır. Hazırda Ukrayna qüvvələri hava məkanını nəzarətdə saxlayır.
Xatırladırıq ki, 11 mart tarixində Ukrayna Rusiyanın paytaxtı Moskva şəhərinə müharibə tarixində ən böyük dron hücumu edib. Anlaşılan budur ki, Rusiya cavab qaytarır...
Ən son məlumata görə, Kiyev və Kiyev vilayətində partlayış səsləri eşidilib. Kiyev vilayət administrasiyası (KOVA) düşmən dronlarının qeydə alındığını və bölgədə hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü açıqlayıb.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ