İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hücumun 3-cü mərhələsinə başladı – Qabil Hüseynli ilə CANLI

Rusiya ordusunun Donbasda “xüsusi əməliyyat”ının ikinci mərhələsi başa çatmaq üzrədir. Rusiyalı hərbi ekspert Yevgeni Linin deyib.

Rusiya ordusunun Ukraynadakı “xüsusi əməliyyat”ının birinci mərhələsi qüvvələrin yenidən qruplaşdırılması, Kiyev və Çerniqovdan çıxarılması ilə başa çatıb.

İkinci mərhələdə İzyum istiqamətində genişmiqyaslı hücum və Donbasdakı Ukrayna qruplaşmasının mühasirəyə salınması planlaşdırılırdı”.

Ekspert qeyd edib ki, ukraynalı və qərbli analitiklər Kremlin ikinci mərhələnin hədəflərini müəyyən edərkən səhvə yol veriblər. Rusiya ordusu genişmiqyaslı hücuma keçməyib, sadəcə, Ukrayna qüvvələrini tükəndirib və döyüşə hazır birləşmələri məhv edib.

“Xüsusi əməliyyat”ın ikinci mərhələsinin uğuru Mariupol qrupunun qalıqlarının kütləvi şəkildə təslim olması və onların əhəmiyyətli yaşayış məntəqələrinin - Popasnaya, Severodonetsk, Rubejnoye və başqalarının təslim edilməsi ilə sübuta yetirildi. Üçüncü, həlledici mərhələ isə bu günlərdə başlayır”.

Bu gün saat “Həftə içi”nin baş mövzusu Ukrayna böhranıdır. Professor Qabil Hüseynli ilə canlı efirdə prosesləri təhlil edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR