İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hava limanlarında “Kovyor” planı tətbiq olundu: bunu vaxtında etsəydilər...

Rusiya Federasiyasının bəzi hava limanlarında pilotsuz uçuş aparatlarından (PUA) mümkün təhlükələr səbəbilə “Kovyor” (“Xalça”) planı tətbiq edilib. “Baza” xəbər portalının məlumatına görə, plan Samara, Qroznı, Mahaçqala və Kazan şəhərlərinin hava limanlarında işə salınıb. Uçuşlara və enişlərə məhdudiyyətlər qoyulub.

Musavat.com bildirir ki, bundan əlavə, Soçi, Astraxan və Volqoqrad hava limanlarında da məhdudiyyətlər tətbiq edilib, lakin həmin ərazilərdə məhdudiyyətlər sonradan ləğv olunub.

25 dekabrda, AZAL təyyarəsi vurulan gün Qroznı hava limanında hər hansı bir məhdudiyyət yox idi. Məhz həmin gün Rusiya Hərbi Hava Müdafiə qüvvələrinin səhvi nəticəsində Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi vurulub. Hadisə nəticəsində təyyarədəki 38 sərnişin və ekipaj üzvü həyatını itirib.

Mütəxəssislər bildirirlər ki, Qroznı hava məkanının uçuş üçün uyğun olmadığı halda açıq saxlanılması böyük məsuliyyətsizlikdir. Əgər Rusiya hakimiyyəti təhlükəli hava məkanını vaxtında bağlasaydı, belə bir faciə yaşanmazdı.

Hava məkanında təhlükəsizlik tədbirlərinin yetərsiz olması Rusiyanı uçuş üçün “uyğun olmayan bölgə” kimi xarakterizə edir. Rusiya nə yaşanası, nə də uçulası ölkədir...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

05 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR