İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Fransanın Yeni Kaledoniya ilə bağlı siyasətini kəskin tənqid edib

“Rusiya Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların fundamental hüquq və azadlıqlarını təmin etməyə çağırır”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

“Biz Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların, eləcə də bu arxipelaqın metropolun baxımsızlığından və müstəmləkə keçmişinin aydın izlərini daşıyan fransız “ədalətinin” hərəkətlərindən əziyyət çəkən bütün sakinlərinin fundamental hüquq və azadlıqlarını təmin etməyə çağırırıq”, - deyə o bildirib.

M. Zaxarova xatırladıb ki, ötən həftənin sonunda Yeni Kaledoniyanın milli-azadlıq hərəkatının 11 tanınmış fəalı, o cümlədən Kaledoniya İttifaqı Partiyasının prezidenti Ten Kristian də saxlanılıb və həbs edilib.

“Onların əksəriyyəti yerli sakinlərin etirazlarına baxmayaraq, öz evlərindən 17 min km uzaqlıqdakı metropolisə aparılıb. Paris həbsdə olan Kanaklara qarşı bir sıra “ittihamlar” irəli sürür. O cümlədən mütəşəkkil dəstənin tərkibində cinayətlərin planlaşdırılması və təhrik edilməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürməyə cəhd və s”.

Diplomat qeyd edib ki, saxlanılanlar arasında Kanak Milli Azadlıq Hərəkatının tanınmış siyasi xadimləri də var: “Kanak fəallarının həbsləri və Yeni Kaledoniyadan zorla çıxarılması arxipelaqda gərginliyin yeni mərhələsinə səbəb olub və regionda onsuz da çətin olan siyasi vəziyyəti daha da qəlizləşdirib. Biz ondan çıxış edirik ki, Yeni Kaledoniyada mövcud ictimai-siyasi böhran onun dekolonizasiya prosesinin tam olmamasının nəticəsidir.

Bu gərginliyin artmasına görə məsuliyyəti öz müqəddəratını təyin etmək üçün qanuni hüququnu müdafiə edən yerli xalqın üzərinə atmaqla, onun zorla yatırılmasına arxalanan Fransa özünü müstəmləkə imperiyasının ən pis ənənələri ilə aparır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR