İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya büdcəsinin kəsiri azalıb

2023-cü ilin yanvar-avqust aylarında Rusia dövlət büdcəsi 2,361 trilyon rubl və ya ÜDM-in 1,5 faizi həcmində kəsirlə icra edilib.

Musavat.com Rusiya Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bir ay əvvəl kəsir 2,817 trilyon rubl və ya ÜDM-in 1,8 faizini təşkil edib. Beləliklə, sadə müqayisə avqustda 456 milyard rubl profisit olduğunu deməyə əsas verir. Bununla belə, Rusiyanın baş naziri Mixail Mişustin bu gün yanvar-iyul ayları üçün yenilənmiş məlumatlara əsaslanaraq, avqsut ayında büdcədə 230 milyard rubl profisit olduğunu açıqlayıb.

Bu il Rusiya büdcəsinin illik kəsirinin təxminən 2,9 trilyon rubl və ya ÜDM-in 2 faizi həcmində olması nəzərdə tutulur. Mişustinin sözlərinə görə, “müsbət dəyişikliklərə doğru sabit kurs bizə bu il federal büdcənin ÜDM-in 2 faizi səviyyəsində kəsirlə icra olunacağına inanmağa imkan verir”. Baxmayaraq ki, əvvəllər Rusiyanın maliyyə naziri Anton Siluanov bunun daha yüksək - ÜDM-in 2-2,5 faizi ola biləcəyini istisna etmirdi.
Yanvar-avqust aylarında büdcə gəlirləri 16,990 trilyon rubl təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü üçün əldə edilən gəlirlərin həcmindən 3,5 faiz azdır. Eyni zamanda əsas qeyri-neft və qaz daxil olması baxımından sabit müsbət tendensiya müşahidə olunur.

Büdcənin qeyri-neft və qaz gəlirləri illik müqayisədə 24,2 faiz artaraq 12,155 trilyon rubl səviyyəsində olub. Səkkiz ay ərzində ƏDV daxilolmaları illik müqayisədə 24,2 faiz artaraq 7,280 trilyon rubla (bir ay əvvəl artım 20,5 faiz), mənfəət vergisi 0,7 faiz artaraq 1,17 trilyon rubla (bir ay əvvəl azalma 1 faiz) çatıb.

Səkkiz ayda Rusiya büdcəsinin neft və qaz gəlirləri 4,836 trilyon rubl təşkil edib ki, bu da illik ifadədə 38,2 faiz azalma deməkdir.
Hesabat dövründə büdcə xərcləri ötən ilin eyni dövrünün göstəricilərini illik müqayisədə 12 faiz üstələyərək 19,351 trilyon rubl təşkil edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR