İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-ABŞ danışıqları BU MƏKANDA keçiriləcək

Rusiya və ABŞ arasındakı danışıqlar Səudiyyə Ərəbistanı krallıq ailəsinin saraylarından biri olan Diriyah sarayında, Al-Basatin kompleksində keçiriləcək.

Musavat.com TASS-a istinadə xəbər verir ki, Rusiya və ABŞ nümayəndə heyətləri tezliklə görüş yerinə çatacaq.

Məlumatda bildirilir, Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov, dövlət başçısının köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondu rəhbəri Kiril Dmitriyev təmsil edəcək.

ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkof daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR