İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus senator Karasin Vardanyanı “qəhrəman şəxsiyyət” adlandırıb

Federasiya Şurasının nümayəndəsi Qriqori Karasin bir neçə gün öncə Azərbaycanın sərhədçiləri tərəfindən saxlanılan Ruben Vardanyanı “qəhrəman şəxsiyyət” adlandırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, rusiyalı senatorun bu fikri Telegram-kanalında yer alıb.

“Ruben Vardanyan, şübhəsiz ki, Ermənistanda baş verən dramatik hadisələr fonunda qəhrəmana çevrilib. Rusiyada tanınmış, uğurlu iş adamı, hərtərəfli savadlı, səs-küylü bəyanatlarda və televiziya müsahibələrində deyil, əməllərində vətənpərvər olan bu adam bir ildən çoxdur ki, Dağlıq Qarabağa köçüb. 2022-ci ilin noyabrında o, “DQR” hökumətinə rəhbərlik edib”, – Karasin yazıb.

Parlament üzvü əlavə edib ki, “Öz fikirlərini qəti şəkildə müdafiə etməsi və ölkəsinin taleyinə yanaşması Vardanyanın şəxsiyyətinə hörmət doğurur”.

Qeyd edək ki, Ruben Vardanyan qondarma rejimin rəhbəri olmazdan öncə də, olanda da, vəzifəsindən istefa verəndən sonra Azərbaycan dövlətinə qarşı radikal çıxışlara yol verib, Qarabağ ermənilərinin mənasız müqavimətlərini davam etdirmələrinə hər cür köməklik göstərib, ayrıca “Nemezis” qisasçılığını xatırladaraq terror çağırışı edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR