Onlayn ictimai-siyasi qəzet
Tailandın məşhur Phuket adasında polis əməkdaşı onu bıçaqla hədələyən rusiyalı qadına atəş açıb.
"SHOT" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, 56 yaşlı Marina Ryabova qeyri-adi davranışı ilə yerli sakinlərin diqqətini çəkib. O, əvvəlcə qışqırarq anlaşılmayan ifadələr səsləndirib, daha sonra isə başqasının villasına qanunsuz daxil olmağa cəhd edib.
Hadisə şahidləri polis çağırıblar. Hadisə yerinə gələn polislər qadınla danışıqlar aparmaq istəyiblər, lakin bu zaman o, bardan mətbəx bıçağını götürüb və onlara hücum etməyə başlayıb. Polislər ərazini mühasirəyə alıblar və danışıqlar üçün tərcüməçi çağırıblar.
Qadını dayandırmaq istədikdə o, bıçağı öz qarın nahiyəsinə doğru sıxıb. Tailand polisi içərisində rezin güllələr olan tapança ilə onun qoluna atəş açıb, bu zaman silah qadının əlindən yerə düşüb və o saxlanılıb. İlkin ehtimala görə, Marina Ryabova sərxoş və ya narkotik maddələrin təsiri altında olub. O, müayinə üçün Talanq xəstəxanasına aparılıb və özünə gəldikdə polis tərəfindən dindirilib.
Məlum olub ki, Marina "EDC Thailand 2025" elektron musiqi festivalına gəlib. Görünür, elə orada da sərxoş olub. Marinanın yanvarın 27-də Moskvaya uçmalı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ