Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Qərargahı Belarus və Ukrayna ilə sərhəd boyu uçuşlara məhdudiyyət tətbiq edib.
Qadağa 9 dekabradək qüvvədə olacaq və yalnız hərbi təyyarələr üçün istisna nəzərdə tutulur. Polşa tərəfi bu qərarın sərhədin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunduğunu bildirib.
Xəritədə göstərildiyi kimi, məhdudiyyətlər Belarusla sərhəd boyunca uzanan hava məkanını əhatə edir.
Eyni zamanda, Latviya da Rusiya və Belarusla sərhəd boyunca hava məkanını bağlayıb. Müdafiə naziri Andris Spruds mətbuat konfransında açıqlayıb ki, bu addım ən azı 18 sentyabra qədər qüvvədə qalacaq.
Nazirin sözlərinə görə, bu qərar:
– Məhdud hava məkanının tam nəzarətdə saxlanmasına;
– İcazəsiz uçan obyektlərin aşkarlanmasını asanlaşdırmağa;
– NATO-nun Baltik Hava Patrul missiyası və Latviyanın HHM qüvvələri üçün sahəni boşaltmağa xidmət edəcək.
Beləliklə, həm Polşa, həm də Latviya Şərqi Avropada artan təhlükəsizlik riskləri fonunda sərhəd zonalarında hava məkanına nəzarəti sərtləşdirib.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ