İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus casusunun ŞOK əməliyyatları üzə çıxdı

Böyük Britaniyada Rusiyaya casusluq etdiyi üçün həbs olunan bolqarıstanlı şəxs dünyanın ən çox axtarılan cinayətkarlarından birinə kömək edib.

Musavat.com xəbər verir ki, bu barədə “Dosye” araşdırma mərkəzi məlumat yayıb.

Məlumata görə, Rusiya xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinərək Britaniyada həbsdə olan Bolqarıstan vətəndaşı Orlin Rusev elektron kəşfiyyat biznesinə sahib olub və təkcə məmurlara deyil, həm də cinayətkarlara kömək edib.

Onların arasında Almaniyanın “Wirecard” ödəmə sisteminin baş əməliyyat direktoru Yan Marsalek də var. Bu adam Almaniyada xüsusilə böyük fırıldaqçılıqda şübhəli bilinir. Marsalek 2020-ci ildə Rusiyaya qaçıb. Sonradan Marsalekin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi və Federal Təhlükəsizlik Xidmətinin 6-cı idarəsi tərəfindən mühafizə olunduğu ortaya çıxıb.

Məlumata əsasən, Marsalek və Rusev 2015-ci ildə əlaqə qurublar. Daha sonra Rusev Marsalekə izləmə əleyhinə proqram təminatı ilə “Samsung” funksiyalı telefon verib. Bundan başqa, kəşfiyyatçıya telefon şəbəkəsi abunəçilərinin yerini və əlaqələrini hesablaya bilən protokola giriş imkanı verib. Bu cihazın operativ təminatı Çexiyada yaşayan rusiyalı Anton Qrişayev tərəfindən həyata keçirilib.

Orlin Rusev və daha iki Bolqarıstan vətəndaşı 2023-cü ilin fevralında Böyük Britaniyada saxlanılıb. Onlar Rusiyanın xeyrinə casusluqda şübhəli bilinirdilər, onların üzərində çoxlu sayda ölkənin xarici pasportu aşkarlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR