İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüfət Quliyev: “Bu şirkətlərə dəstək verilməlidir”

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Rüfət Quliyev həmkarı Siyavuş Novruzovun bank faizləri ilə bağlı təkliflərini dəstəkləyib.

Musavat.com xəbər verir ki, Rüfət Quliyev öz çıxışında bunları deyib:

“Bizim sahibkarlar 5 faiz miqdarında, aşağı faizlə kredit alırlar. Amma bu kreditlər ancaq istehsalata və kənd təsərrüfatına ayrılır. Bu gün ölkədə kənd təsərrüfatı və istehsalatla məşğul olmayan şirkətlər var ki, ölkənin inkişafında mühüm rol oynayırlar. Bunlar milli brendlər daşıyan brendlərdir. Onlar kənd təsərrüfatından məhsul alırlar, zavodlara, fabriklərə aparırlar, istehsal edirlər, xarici və daxili bazara ixrac edirlər”.

R.Quliyev qeyd edib ki, digər tərəfdən, ölkədə onlarla emal müəssisələri açılıb, onlar 35-45 faiz güclə işləyirlər.

Deputatın sözlərinə görə, bu müəssisələrin tam gücü ilə işləməsi üçün də brend şirkətlərə dəstək lazımdır: “Həmin şirkətlərə dəstək verilməlidir ki, irəli gedə bilsinlər. Onlar həm kənd təsərrüfatına kömək edə bilərlər, həm də istehsal olunan məhsulları xarici və daxili bazarlara çıxara bilərlər, öz brendlərini təklif edə bilərlər. Bu şirkətlərə isə güzəştli kreditlər ayrılmır. İmkan olsa, dövlət strukturları sahibkarlıq fonduna həmin şirkətlərə 5-6 faizlə kredit ayrılmasına şərait yaratsın”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR