Onlayn ictimai-siyasi qəzet
Ermənistan Daşnaksütyun partiyası növbəti sui-qəsd cəhdini daha asan həyata keçirmək istədiyi üçün baş nazir və parlament sədrinin mühafizəçilərinin olmasından şikayətlənir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddia Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan tərəfindən səslənib.
“Bu, yeganə məntiqli izahatdır”,-deyə Rubinyan söyləyib.
O, əvvəlki sui-qəsd cəhdlərinin də daşnaklar tərəfindən həyata keçirildiyini xatırladıb.
“Niyə hörmətli həmkarlar, gedib Robert Köçəryanın mühafizəçilərindən danışmırsınız. Bunu ona görə deyirəm ki, sizin demaqogiya istedadınız da yoxdur”, - deyə Rubinyan bildirib.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ