İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo Messinin komandası ilə oyunu buraxacaq?

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo zədə səbəbindən hücumçu Lionel Messinin çıxış etdiyi Amerikanın "İnter Mayami" klubu ilə yoldaşlıq matçını buraxmaq riski ilə üzləşib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "AS" nəşri Səudiyyə Ərəbistanının İdman saytına istinadən məlumat yayıb.

Qeyd olunub ki, 38 yaşlı portuqaliyalının əzələsində zədə var və onun sağalması ən azı bir neçə həftə çəkəcək.

Xatırladaq ki, "İnter Mayami" ilə matç fevralın 1-də Çində baş tutacaq.

Ronaldo sonuncu dəfə Messi ilə 2023-cü ilin yanvarında Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanının "Əl-Hilal" və "Əl-Nəsr" klublarının ən yaxşı futbolçularından ibarət komanda arasında yoldaşlıq oyununda qarşı-qarşıya gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR