İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsul Quliyev lüks villasını bu qiymətə satdı - FOTOLAR

Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-da yaşayan Rəsul Quliyev Floridadakı villalarından birini satıb.

Bu barədə jurnalist Cavanşir Həsənli feysbuk hesabında məlumat yayıb.

O qeyd edib ki, satılan malikanənin qiyməti yarım milyon dollardan bir qədər artıq olub: “Keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb. Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var”.

Qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-da Florida ştatının Palm-Kost şəhərində yaşayır. Təxminən 100 000 əhalisi olan şəhər Dubaydakı məşhur Palma adalarına bənzəyir. Palm-Kost şəhərindəki evlər hər tərəfdən su kanalları ilə əhatə olunub. Şəhərdəki evlərin qiyməti də ABŞ-ın daşınmaz əmlak bazarı üçün kifayət qədər yüksək hesab olunur. (Qafqazinfo)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR