Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu dəhlizinin tikintisi ay yarımdan sonra başlayacaq”.
Bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə məlumat verib.
“Əldə olunan razılığa əsasən, biz 2024-cü ilin əvvəlindən, təxminən ay yarımdan sonra bu layihənin icrasına başlayacağımıza ümid edirik”, - o bildirib.
Əfəndizadə onu da qeyd edib ki, Rəşt - Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsidir.
Xatırladaq ki, sözügedən layihə Şimal - Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. (Oxu.az)
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ